“Onu birinci edən “münsiflər”-in gözəllikdən anlayışı yoxdur”- İzmir gözəli

media-hightechnic-468x90

Dünəndən etibarən ölkəmizdə keçirilən “Miss & Mister Azerbaijan 2022” gözəllik yarışmasının qalibi sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib. Belə ki, Nurlanə Vəliyevanın “Miss Azərbaycan 2022” adına layiq görülərək birinci yeri qazandıqdan sonra onun köhnə şəkillərdə heç də indiki kimi olmadığı, estetik əməliyyatlar keçirdiyi söylənərək müzakirə olunur.

Yenicag.az xəbər verir ki, mövzu ilə bağlı “Miss Azərbaycan-2006”- da 4 cü yerə layiq görülən, daha sonra “Dünya Mədəniyyətlər kraliçası-2009” adlı gözəllik yarışmasında dünya üzrə ikinci yeri tutaraq, İzmir gözəli adını qazanan Natavan Gümet təəssüratlarını bölüşdü:

“Əminəm ki, həmin müsabiqədə o xanımdan da gözəlləri var idi. Hər kəsi Allah yaradıb. Kiməsə eybəcər demək günahdır və bunu edə bilmərəm. Düzdür, gözəllik anlayışı da nisbidir, amma gözəllik yarışmalarında təbii gözəllik ön plana çıxmalıdır. Məsələ burasındadır ki, Azərbaycanı təmsil edən sima varsa və o öz ölkəsinin gözəli seçilirsə mütləq ki, təbii gözəlliyi ön plana çıxmalıdır. Axı o bizi beynəlxalq arenada təmsil edəcək. Bizi silikonlu, estetik əməliyyatlı biri xaricdə təmsil edəcəksə o zaman deyəcəklər ki, bunların gözəllik anlayışı budur.

Biz gözəllik yarışlarına qatılanda hər kəs standart idi. Belə ki, saçlar, dırnaq boyaları hamıda eyni olmalıydı. Heç kimə dırnaq qoymaq, kiprik yapışdırmaq, hətta solyariyə belə getməyə icazə vermirdilər ki, bizə təbiilik lazımdır. Gözəllik yarışmalarında bunlara icazə verilmir. Estetik əməliyyatı olanları müsabiqəyə qəbul etmirdilər. Burda isə xanımın burnu əməliyyat, dodağı silkondur. Açıq aydın görünür ki, o xanım pulunu verib, yerini alıb. Onu birinci edən “münsiflər”-in gözəllikdən anlayışı yoxdur. Onlar üçün pul gözəllikdən daha önəlidir”./Medianews/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600