!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Onun gücünü qəbul etmək istəmirlər" - "Şeyx Xəmzət" cəbhəsi iddialara cavab verdi

!Reklam – Yazi

Bu gün kriminal aləmdə klanlar arasında ciddi rəqabət gedir. Bu rəqabətdə rəqiblər bir-birini təhqir, şantaj etməkdən çəkinmir.

Düzü, gec-tez təhqir edənlər cəzalandırılır, əks cəbhəyə göz dağı verilir. Bu rəqabətdə media da xüsusi rol oynayır desək, yanılmarıq.

2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab edilən çeçen əsilli kriminal avtoritet “Şeyx Xəmzət”ə qarşı da kampaniyalar aparılır. Bu məsələdə Rusiya mətbuatı yerlilərdən geri qalmır.

Son yayılan məlumatlarda isə Xəmzət Qastəmirovun adı  Qafqaz Müsəlmanları İdarəsinin  sədri Allahşükür Paşazadə ilə birgə hallanır. Yayılan xəbərlərdə Qastəmirov Paşazadənin işçisi kimi göstərilib.

Lakin “Şeyx Xəmzət”in adamları Yenicag.az-la əlaqə saxlayaraq, bunun uydurma xəbər adlandırıblar. Onların sözlərinə görə, mətbuata sızdırılan şəkillər qara piar məqsədi ilə fotoşopda işlənilib: “Fotoların heç biri həqiqətini əks etdirmir. Sadəcə, Rövşən Lənkəranskinin vəfatından sonra “Şeyx Xəmzət”in onun varisi sayılması rəqib cəbhədə olanları ciddi şəkildə narahat edir. Onlar Qastəmirovun gücünü qəbul etmək istəmirlər”.

 

COP29

www.yenicag.az

5889
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv