OPEC+ 2024-cü il üçün planlarını açıqladı

media-hightechnic-468x90

OPEC+ üzvü olan ölkələr razılaşmanı 2024-cü ilə qədər uzatmaq niyyətindədirlər, Səudiyyə Ərəbistanı isə könüllü olaraq neft hasilatını yenidən azaltmağı planlaşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə “İnterfaks” mənbələrə istinadən xəbər verir.

Eyni zamanda, “Reuters” mənbələrə istinadən xəbər verir ki, təşkilat üzv dövlətlər onun yeni baza səviyyələri barədə razılığa gəldikdən sonra 2024-cü ildən hasilatı azalda bilər.

Razılaşma çərçivəsində OPEC+ ölkələri bu ilin sonuna qədər neft hasilatını gündəlik 2 milyon barel azaldacaq. Aprel ayında Səudiyyə Ərəbistanı da daxil olmaqla, bir sıra alyansa üzv ölkələr may ayından kvotadan artıq könüllü azalma – gündəlik daha 1,16 milyon barel azaldıldığını elan ediblər./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600