!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

OPEC daxilində parçalanma artıq realdır

!Reklam – Yazi

Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) daxilində parçalanma zamanla daha aydın görünür.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, xüsusilə iyulun 24-də Rusiyada keçiriləcək OPEC Nazirlər Komitəsinin görüşü ərəfəsində bu parçalanma daha çox nəzərə çarpır. Belə ki, neft hasilatının azaldılması üzrə Vyana sazişinin öhdəliklərindən azad olunmuş Nigeriya və Liviyanın da tədbirə dəvət olunmasına baxmayaraq, Nigeriya iştirakdan imtina edib.

Bu gün Nigeriyanın energetika naziri Emmanuel İbe Kaçikvu ölkəsinin bu görüşdə iştirak etməyəcəyini açıqlayıb. Nazir Səudiyyə Ərəbistanı və Rusiya ilə vəziyyəti müzakirə etmək üçün mütləq vaxt tapacağını qeyd edib.

Bundan əlavə, Kaçikvunun sözlərinə görə, Nigeriya neft hasilatının azaldılması barədə sazişə qoşulmaq üçün qarşısına heç bir dəqiq müddət qoymur:

“Ümid edirəm ki, 2-3 ay sonra ölkədə hasilatın bərpa sürətini qiymətləndirə biləcəyik. Məhz bu stabilləşmədən sonra hasilatın azaldılmasına başlaya bilərik. Hazırda Nigeriya gündəlik 1,7 milyon barel qara qızıl hasil edir. Ola bilsin ki, hasilat gündəlik 1,8 milyon barel həddini keçəndən sonra müvafiq kvota müəyyənləşdirəcəyik”.

Yenicag.az

www.yenicag.az

872
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv