Oqtay Gülalıyev vəfat etməyib – Oğlundan AÇIQLAMA

media-hightechnic-468x90

Atam Oqtay Gülalıyev ilə bağlı yazılan xoşagəlməz hadisə yanlışdır. Sağlığı, səhhəti yaxşıdır.

Yenicag.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev “Facebook” səhifəsində qeyd edib.

“Diqqət dostlar, atam Oqtay Gülalıyev ilə bağlı yazılan xoşagəlməz hadisə yanlışdır. Sağlığı, səhhəti yaxşıdır. Kimlərin nə niyyətlə yanlış məlumat yayması aydın deyil.

Dostlar, xahiş olunur dəqiqləşdirilmədiyi halda yanlış məlumat yaymayasınız”, – deyə o bildirib.

Qeyd edək ki, Oqtay Gülalıyevi 2019-cu ilin oktyabrında Bakının mərkəzində piyada keçidində maşın vurub və uzun müddət komada olub.

O, Türkiyədə müalicə aldıqdan sonra Bakıya gətirilmiş, bir müddət sonra evə buraxılmışdı.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa