Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Oqtay Gülalıyev yenidən əməliyyat olundu

Avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyev yenidən əməliyyat olunub.

Yenicag.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin oğlu Əli Gülalıyev deyib.

Onun sözlərinə görə, əməliyyat təxminən 3 saat davam edib:

“Həkimi Mehdi Sasaninin bildirdiyinə görə, şükürlər olsun ki, əməliyyat uğurlu keçib. Başında yaranmış artıq mayenin çəkilməsi üçün beyninin sağ tərəfinə şunt qoyulub. Vəziyyəti hazırda stabildir.

Alahdan çox ümid edirik ki, edilən əməliyyat atamın hazırki vəziyyətdən çıxmasına böyük bir təkan vermiş olar!”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir. Hazırda onun müalicəsi Türkiyənin Amerikan Xəstəxanasında davam edir.

Loading...

www.yenicag.az

434
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100