!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Oqtay Şirəliyevi işdən çıxarsalar da...” – Partiya sədri səhiyyənin vəziyyəti haqda - VİDEO

!Reklam – Yazi

“Səhiyyə sistemində yaranmış vəziyyət nazirin işdən çıxarılması ilə düzəlməyəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkənin səhiyyə sistemindəki mövcud vəziyyəti dəyərləndirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

ADP sədrinin sözlərinə görə, dövlətin səhiyyə siyasətində ciddi dəyişikliklər etməsinə ehtiyac var:

“Azərbaycanda həm dövlət, həm də özəl tibb müəssələrində pullu xidmət var. Ölkə Konstitusiyasında vətəndaşların hüququ faktik olaraq, pozitiv deyil, neqativ hüquqdur.

Yəni vətəndaşın sağlamlıq hüququ onun maliyyə imkanları ilə müəyyən edilirsə, bu, artıq hüquq olmur.

Məsələn, bir nəfər yolla gedəndə maşın vurur, sürücünün də maddi imkanı yoxdur. İndi o maşın vuran vətəndaş pul vermədiyi üçün ölməlidir?

Oqtay Şirəliyev səhiyyəni məhv edib. Bununla yanaşı, dövlətin səhiyyə siyasəti ciddi surətdə dəyişdirilməlidir”.

Sərdar Cəlaloğlu vurğulayıb ki, səhiyyədəki problemlər vətəndaşı dövlətdən narazı salan əsas məsələlərdən biridir:

“Hərdən düşünürəm ki, bəziləri qəsdən belə bir siyasət aparırlar ki, vətəndaşla dövlət arasında uçurum daha da dərinləşsin.

Bəli, vətəndaşın dövlət qarşısında öhdəlikləri var. Ancaq dövlətin vətəndaş qarşısında heç bir öhdəliyi yoxdur. Azərbaycan vətəndaşı ilə dövləti sanki bir-birinə yaddır. Ona görə də, bəzi adamlar ruspərəsət, qərbpərəst, daha “nə pərəst” olurlar.

Türkiyədə vətəndaşlar dövlət üçün hər şeylərini verməyə hazırdırlar. Çünki bilirlər, onların malik olduğu hər şey dövlətlə bağlıdır.

Azərbaycanda bir çox insanlar deyir, dövlət mənə nə verib ki? Bunu deyən insan dövlətə heç nə verməz. Ona görə də, rüşvət və korrupsiya bu həddədir.

Azərbaycanda təhsil, sağlamlıq, mənzil kimi problemlər dövlət tərəfindən həll olunarsa, vətəndaşlar dövlət üçün hər şeylərini verərlər”.

Səxavət Məmməd

 

www.yenicag.az

1608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv