!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orfoqrafik səhvlərə görə CƏZA: “Çox kiçik məbləğdə cərimənin tətbiqi təklif edilsə də...”

!Reklam – Yazi

“Hər kəs orfoqrafik qaydaları bilməli və Azərbaycan dilinin gözəlliyi, daha aydın anlaşılması üçün çalışmalıdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının Akademik zalında keçirilən “Saytlarımız monitorinq aynasında” adlı tədbirdə çıxış edən Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının sədri, akademik Möhsün Nağısoylu deyib.

Akademik bildirib ki, bu gün Azərbaycanda bir sıra sahələrdə müəyyən sözlərin istər yazılışı, istərsə də deyilişində bir sıra səhvlərə rast gəlmək mümkündür:

“Hər kəs orfoqrafik qaydaları bilməli və Azərbaycan dilinin gözəlliyi, daha aydın anlaşılması üçün çalışmalıdır.

Hətta orfoqrafik səhvlərin aradan qaldırılması üçün çox kiçik məbləğdə cərimənin tətbiqi təklif edilsə də, bu məsələı açıq qaldı.

Xatırlamaq lazımdır ki, Azərbaycan dilinin dövlət dili statusu qazanması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Məhz onun rəhbərliyi dövründə dilimizin zənginləşdirilməsi üçün bir sıra sərəncamlar imzalanıb və qərarlar qəbul olunub”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

232
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv