Orta məktəbdə faciə: Qız özünü pəncərədən atdı

media-hightechnic-468x90

uyhgjhbhjnbHəkimlər qızı Bakıya təxliyə edilməsinə qərar veriblər.

Azərbaycanda 16 yaşlı qız orta məktəbdə intihara cəhd edib.

Hadisə Kürdəmir şəhərində baş verib. Şəhər 6 saylı orta məktəbinin 10-cu sinif şagirdi, 1998-ci il təvəllüdlü Ələkbərova Aytac Mübariz qızı 3-cü mərtəbədəki sinif otağının pəncərəsindən özünü atıb.

O, ağır vəziyyətdə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlər 16 yaşlı qızın Bakıya təxliyə edilməsinə qərar veriblər və yaralı paytaxta gətirilib.

İlkin olaraq 16 yaşlı qıza qarnın, döş qəfəsinin küt travması, çanaq sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırmalara başlanılıb. Valideynləri bildiriblər ki, A.Ələkbərova epilepsiya xəstəliyindən əziyyət çəkirmiş. Bu səbəbdən də onun, nəfəs almaqda çətinlik çəkərkən pəncərəyə yaxınlaşması və bu zaman yıxılması ehtimalı da var.

Qeyd edək ki, hadisə tənəffüs vaxtı baş verib.

Həkimlər qızı Bakıya təxliyə edilməsinə qərar veriblər.

Azərbaycanda 16 yaşlı qız orta məktəbdə intihara cəhd edib.

Hadisə Kürdəmir şəhərində baş verib. Şəhər 6 saylı orta məktəbinin 10-cu sinif şagirdi, 1998-ci il təvəllüdlü Ələkbərova Aytac Mübariz qızı 3-cü mərtəbədəki sinif otağının pəncərəsindən özünü atıb.

O, ağır vəziyyətdə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlər 16 yaşlı qızın Bakıya təxliyə edilməsinə qərar veriblər və yaralı paytaxta gətirilib.

İlkin olaraq 16 yaşlı qıza qarnın, döş qəfəsinin küt travması, çanaq sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırmalara başlanılıb. Valideynləri bildiriblər ki, A.Ələkbərova epilepsiya xəstəliyindən əziyyət çəkirmiş. Bu səbəbdən də onun, nəfəs almaqda çətinlik çəkərkən pəncərəyə yaxınlaşması və bu zaman yıxılması ehtimalı da var.

Qeyd edək ki, hadisə tənəffüs vaxtı baş verib(oxu.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600