Oruc tutanlara zorla yemək yedizdirilir

media-hightechnic-468x90

ooooXəbər verildiyi kimi Çinin Uyquristan vilayətində oruc tutmaq yasaqlanıb. Bir dövlətin oruclu insanı buna necə məcbur edə biləcəyini soruşmayın.

Çin həqiqətən də oruc yasağının həyata keçməsi üçün şeytana papış tikəcək qədər istedadlıdır.

Şərqi Türkistanın Qaşqar bölgəsində yaşayan şagirdlərin bildirdiyinə görə, məktəbdə onlara oruclarını zorla pozdururlar. Ramazan ayı başlayandan bəri müsəlmanların oxuduğu məktəblərdə müftə yemək və su paylayan Çin təhsil işçiləri şagirdləri bu nemətdən dadmağa məcbur edirlər. Xüsusilə də oruc tutduqları təsbit olunan gənclərə. Əks halda oruc tutanları məktəbdən atılmaq təhlükəsi gözləyir.

Çində orucluların təsbit olunması üçün maraqlı metod tapılıb. Sahura qədər oyaq qalan növbətçi müəllimlər işıqların erkən yandırılmasından hansı ailələrin oruc tutduğunu müəyyənləşdirirlər. Məktəbdə paylanan yeməyi də məhz bu ailələrin övladalrına yedizdirirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600