Orxan Fikrətoğluya yeni vəzifə verildi

media-hightechnic-468x90

Yazıçı-jurnalist Orxan Fikrətoğlu Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru əvəzi təyin olunub.

Yenicag.az xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

O, artıq vəzifəsinin icrasına başlayıb.

O.Fikrətoğlu eyni zamanda mədəniyyət nazirinin müşaviri vəzifəsini tutur.

Qeyd edək ki, Azərbaycan Respublikası Kino Agentliyinin bundan əvvəlki baş direktoru kinorejissor Rüfət Həsənov idi. O, işdən çıxmaqla bağlı ərizə yazmışdı. Onun ərizəsi qəbul olunub və vəzifədən azad olunması barədə əmr imzalanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600