Orxan Zeynalov ilk dəfə ailəsi ilə görüşdü

media-hightechnic-468x90

azvision.az140592346668032Moskva sakini Şerbakovu qətlə yetirməkdə təqsirli bilinən Orxan Zeynalov ilk dəfə ailəsi ilə görüşüb.

Bu barədə  O.Zeynalovun atası Zahid Zeynalov məlumat verib. Oğlu ilə görüşmək üçün Moskvaya getdiyini deyən Z.Zeynalov Orxanın başqa bir həbsxanaya köçürüldüyünü bildirib.

“İndi Orxanın yerini dəyişiblər. O, başqa yerdə cəzasını çəkir. Hazırda Orxan Mordoviya Respublikasında yerləşən cəzaçəkmə müəssisəsindədir. Həmin cəzaçəkmə müəssisəsi Moskvadan təxminən 5 kilometr uzaqlıqda yerləşir”.

Z.Zeynalov oğlunun azad olması üçün dövlətin var gücü ilə səy göstərdiyini vurğulayıb.

“Dövlət özü bu işlə məşğul olursa, inanırıq ki, Orxan gec-tez Azərbaycana gələcək. Bu siyasi bir işdir. Biz ona görə bunu qarışa bilmirik. Həyat yoldaşım, qardaşım və mən gedib onunla görüşdük. Üzbəüz görüşə icazə vermədilər. Amma cəzaçəkmə müəssisindəki kameralar vasitəsi ilə oğlumla danışdıq”.

Atası Orxanın səhhətinin yaxşı olduğunu deyib: “Orxanın səhhəti yaxşıdır. Heç bir dəyişiklik yoxdur. Hər şey əvvəlki kimidir. Orxan orada tək qalır, saxlanma şəraitindən narazı deyil. Orxana güclü nəzarət olunur. O, bizə hər şeyin yaxşı olacağını söylədi. Orxanla hər şeyi danışmağa icazə vermədilər. Yəqin yayda yenə də gedib oğluma baş çəkəcəyəm”.

Qeyd edək ki, Orxan Zeynalov Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib.

AzVision.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600