!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Otel otağına 3 qadın çağıran ərəb turist öldü - Bakıda

!Reklam – Yazi

Yanvarın 8-də Bakıda otellərin birində ərəb turist əxlaqsızlıqla məşğul olan qadınların əhatəsində keçinib.

Yenicag.az xəbər verir ki, hadisə Zərdabi küçəsində yerləşən “Oriva” otelinin 311 nömrəli otağında baş verib.

Ölən turistin 1962-ci il təvəllüdlü Məsfər Oman Əlbillahi olduğu müəyyən edilib.

Nərimanov rayon Prokurorluğunun məlumatına görə, ərəb turist ürək çatışmazlığından dünyasını dəyişib.

İstintaqın gedişində məlum olub ki, xarici vətəndaş qaldığı hotel nömrəsinə fahişəliklə məşğul olan üç qadın gətirib. Polis hadisə yerinə gələn zaman qadınlar həmin nömrədə olmayıb. Bu barədə müstəntiqlərə hotel işçiləri məlumat verib.

Fakt üzrə istintaq davam edir.

COP29

www.yenicag.az

3218
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv