Otelə silahlı hücum olub

media-hightechnic-468x90

images (1)Liviyanın paytaxtı Tripolidə xarici turistlərin qaldığı bir otelə hücum təşkil edilib.

Hücumda bomba yüklü bir avtomobil otelin qarşısında partladıldıqdan sonra təcavüzkarlar otelə girərək çox sayda adamı girov götürüb. Oteldə Türkiyədən turistlərin olduğu da iddia edilir.

Ölü sayı hələ qəti olaraq bilinməsə də, 3 təhlükəsizlik xidmətinin işçisinin öldürüldüyü artıq bəllidir. “Reuters” xəbər agentliyinin son məlumatına görə, təcavüzkarların, oteldəki bəzi kəsləri girov götürdüyü bildirilib. Oteldə avropalı və Türkiyədən turistlərin qaldığı iddia edilir. Ancaq girovların hansı ölkədən olduğu hələ bilinmir. Təcavüzkarların “Corinthia” otelinin qarşısında bomba yüklü bir avtomobil partlatdıqdan sonra otelə girərək basqın etdiyi gələn məlumatlar arasındadır. Təhlükəsizlik gücləri otelin ətrafını əhatə edib. Hadisə ilə əlaqədar bir adamın da nəzarətə alındığı bildirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600