Ötən ay doğulan uşaqların sayı məlum oldu

media-hightechnic-468x90

Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8557 doğulan körpə qeydə alınıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, 2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,7-dən 9,9-a qədər artıb.

Doğulan körpələrin 54,6 faizi oğlan uşaqları, 45,4 faizi isə qız uşaqları olub. Körpələrdən 352-si əkiz, 12-si isə üçəm doğulub. Cari ilin yanvar ayı ərzində ölkədə 5727 ölüm halı qeydə alınıb və 2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,4-dən 6,6-ya qədər artıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05