!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ötən ay hasil edilən təbii qazın həcmi açıqlandı

!Reklam – Yazi

2023-cü ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən, ötən ay Azərbaycanda 4,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 1,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 2,3 milyard kubmetri “Şahdəniz”dən, 0,8 milyard kubmetri SOCAR üzrə hasil olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən 4 faiz, yəni 162 milyon kubmetr artımla qaz hasil edilib.

Energetika Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, hesabat dövründə xaricə qaz satışı 2,2 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur. Cari ilin yanvar ayında Avropaya 1 milyard kubmetr, Türkiyəyə 0,9 milyard kubmetr, Gürcüstana isə 0,3 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 0,5 milyard kubmetrə yaxın qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 fevral 2023-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 204,6 milyard kubmetr, “Şahdəniz”dən isə 185 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 130 milyard kubmetrə yaxın həcmi ixraca nəql edilib.

2023-cü ilin yanvar ayında ölkədə 2,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 1,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,7 milyon ton təşkil edib.

Hesabat dövründə 2,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 2 milyon tonu konsorsiumun, 134 min tonu isə SOCAR-ın payına düşür.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 fevral 2023-cü il tarixinədək 609,1 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 568,5 milyon ton neft, “Şahdəniz”dən isə 40,6 milyon ton kondensat çıxarılıb. Bundan 01 fevral 2023-cü il tarixinədək 607 milyon tondan çox ixraca nəql edilib.

2023-cü ilin yanvar ayında ölkədə neftin emalı 559 milyon ton təşkil edib.

COP29

www.yenicag.az

542
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv