!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ov tüfəngi ilə həmkəndlisini güllələdi

!Reklam – Yazi

imagesNeftçala sakini evində kirayə qalan həmkəndlisini güllələyib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gecə rayonun Qaraqaşlı kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Axundov Amil Abdulalı oğlu həmkəndlisi, 1971-ci il təvəllüdlü Əsgərov Züriyyət Baba oğlunu şəxsi münaqişə zəminində ov tüfəngi ilə güllələyib. Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralı əməliyyat olunub. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Zərərçəkən şəxsin bacısı deyib ki, hadisəyə Amil Axundovun evində kirayənişin kimi qalan Züriyyət Əsgərovun elektrik enerjisinin istifadəsinə görə yaranmış 200 manat borcu ödəməməsi səbəb olub. A.Axundov həbs edilib.

Faktla bağlı cinayət işi başlanıb.

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv