Övladlarına görə susuz qalıb öldülər-Foto

otomobilleri-colde-bozulan-cift-son-sularini-ogullarina-verip-oldu-5933544Amerikanın New Mexico əyalətində baş verən hadisə eşidənləri şoka salıb.

Yenicag.az xəbər verir ki, 5 həftədir tətildə olan ailə susuz qaldıqlarından dünyasını dəyişib. Beləki, avtomobilləri xarab olduğundan David və Ornella Steiner və 10 yaşındakı oğulları səhralıqda piyada gəzməyə məcbur olublar. 38 dərəcə istidə xeyli yol qət etdikdən sonra taqətdən düşən ailə yerə yıxılıb.  Bir müddət sonra onlar aidiyyatı qurumlar tərəfindən tapılsa da, artıq David Və Ornella dünyalarını dəyişmişdilər. 10 yaşlı Enzo isə xəstəxanaya çatdırılıb və sağ salamatdır.

“Uşaq atasının yanında uzanmışdı və nəfəs alırdı. Onun dediyinə görə, valideynləri əllərində olan son suyu ona içiriblər. Burada su olmadan gəzmək çox təhlükəlidir”, deyə polis açıqlama verib.