Ekologiya və Təbii Sərvətlər Nazirliyi ovlanmasına icazə verilən heyvan növlərinin siyahısını açıqlayıb.
Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, ölkə ərazisində 2018-2019-cu illərin ov mövsümündə ovlanmasına icazə verilən növlər: çöl donuzu (qaban), dovşan, cüllüt, qaz, ördək və qaşqaldaq.
Çöl donuzu (qaban)
Ovlanma müddəti: 15 sentyabr-22 dekabr 2018-ci il
Ov yerləri: Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında
Dovşan
Ovlanma müddəti: 17 noyabr 2018-ci il-12 yanvar 2019-cu il
Ov yerləri: Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında
Cüllüt
Ovlanma müddəti: 15 sentyabr-24 noyabr 2018-ci il
Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində
Qaz
Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01 mart 2019-cu il
Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində
Ördək
Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01 mart 2019-cu il
Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində
Qaşqaldaq
Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01mart 2019-cu il
Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində
www.yenicag.az