Özbək milyarder ən böyük rus şəbəkəsini ələ keçirdi
Rusiyanın ən böyük sosial şəbəkəsi hesab olunan “VKontakte”nin rəhbəri Pavel Durov şirkətin baş direktorluğu vəzifəsindən uzaqlaşdırılıb.
Durov bununla bağlı “VKontakte” sosial şəbəkəsində yazıb.
“Ötən həftə mənim imtinamdan sonra bu gün “VKontakte”nin baş direktorluğu vəzifəsindən uzaqlaşdırdılar. Maraqlıdır, səhmdarların bunu birbaşa həyata keçirməyə gücləri çatmadı və mən bunu mətbuatdan öyrəndim”, – deyə Durov bildirib.
Bundan sonra sosial şəbəkə bütünlüklə “Rosneft”in prezidenti milyarder İqor Seçin və özbək milyarder Alişir Usmanovun nəzarətinə keçib.
“Forbes”in versiyalarına görə, İqor Seçin Rusiya prezidenti Vladimir Putinin ən yaxşı kadrlarından biridir və onun dostudur. Alişir Usmanov da Putinin nəzarəti altında olan milyarderlərdəndir. Bir müddət əvvəl Rusiya prezidenti onu “Vətənə xidmət” ordeni ilə təltif etmişdi(axar.az).