“Özkaya Group” yeni məhsulunu təqdim edib.
Yenicag.az xəbər verir ki, bu gün baş tutan təqdimat mərasimində ekoloji cəhətdən zərərsiz və tüstüboğucu baca boruları qonaqların diqqətinə çatdırılıb.
Təqdimat mərasimində Azərbaycanın müvafiq qurumlarının təmsilçiləri ilə yanaşı türk diplomat və iş adamları da iştirak ediblər.
“Özkaya” Şirkətlər qrupunun rəhbəri Osman Gezeker yeni məhsulun gigiyenik standartlara tam cavab verməklə yanaşı, havaya zərərli maddələrin ifraz olunmasının da qarşısını aldığını qeyd edib. Onun sözlərinə görə, “Bu avadanlıq yaxın gələcəkdə havanın qorunması və sağlamlıq cəhətdən ən effektiv vasitəyə çevriləcək. Şirkət olaraq biz də məhsulumuzun keyfiyyətinə əminik. Bu səbəbdən də məhsulumuza uzunmüddətli zəmanət veririk. Həmçinin, bu borular zərərvericilik xüsusiyyətlərini aradan qaldırmaqla yanaşı, xoşagəlməz iylərin də qarşısını almaq iqtidarındadır”.
Qeyd edək ki, ölkəmizdə açılan ilk türk şirkətlərindən olan “Özkaya Group” Azərbaycan bazarında kifayət qədər etibarlı partnyordur. Bu şirkət texnoloji avadanlıqlar, eləcə də restoranlar, hotellər və başqa iaşə obyektləri üçün avandanlıqlar istehsal edir.
www.yenicag.az