!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özünü güllələyən leytenantla bağlı – Yeni xəbər

!Reklam – Yazi

gulleledi2Müşfiqabad qəsəbəsindəki N saylı hərbi hissənin özünü güllələyən leytenantı, tağım komandiri Qasımov Ədalətin vəziyyəti normallaşıb.

Leytenantın hadisədən dərhal sonra yerləşdirildiyi Mərkəzi Kliniki Hərbi Hospitaldan AzNews.az-a verilən məlumata görə, leytenant dünən komadan çıxıb və palataya köçürülüb. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

Məlumat üçün bildirək ki, Ə.Qasımovun intihara cəhd etməsinə səbəb polkovnik Etibar Əsgərovun onu təhqir etməsi, haqqında ağır ifadələr işlətməsidir.

Lakin intihara cəhd faktı ilə bağlı hələ də cinayət işi açılmayıb, onun özünü öldürmə həddinə çatdırılması ilə bağlı heç bir hüquqi addım atılmayıb. Məsələ ilə bağlı hərbi prokurorluqdan heç bir məlumat əldə edə bilməmişik. Müdafiə Nazirliyinə göndərdiyimiz sorğu isə cavabsız qalıb.

www.yenicag.az

601
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv