“Pakistan prezidentinin Azərbaycana səfər edəcəyi gözlənilir”

media-hightechnic-468x90

ede7804289f27bc74f13518bb88b60f5Martın 11-də Pakistan prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfər edəcəyi gözlənilir.

Bunu  açıqlamasında Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Daşqın Şikarov bildirib.

Onun sözlərinə görə, hazırda M.Hüseynin rəhbərliyi altında Pakistan nümayəndə heyətinin Azərbaycana səfərinin təşkili və imzalanması gözlənilən sənədlərlə bağlı hazırlıq işləri gedir: “Pakistan prezidentinin səfəri çərçivəsində bir sıra mühüm sazişlərin imzalanması nəzərdə tutulub”.

Səfir xatırladıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də Pakistanın Ali Ordeni ilə təltif olunub: “Prezident Hüseyn Səfər çərçivəsində mükafatı Mehriban Əliyevaya şəxsən təqdim etməyi planlaşdırır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600