Pakistanda helikopter qəzaya uğradı: Ölənlər var
Gilgit-Baltistan bölgəsinə məxsus hökumət helikopteri Çilas yaxınlığında eniş etməyə çalışarkən qəzaya uğrayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Pakistan hökumətinin sözçüsü Feyzullah Faraq məlumat yayıb.
“Helikopterdə texniki nasazlıq yaranıb və təcili enişə cəhd edilsə də, qəza baş verib. Helikopterin göyərtəsində iki pilot və üç texniki xidmət əməkdaşı olub”, – Faraq bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində helikopterdə olan 5 nəfər həlak olub.
Faktla bağlı araşdırma aparılır./axar.az