Pakistanda musson fəlakəti: 75 NƏFƏR ÖLDÜ

media-hightechnic-468x90

Pakistanda musson mövsümünün yaratdığı fəlakətli vəziyyət daha da ağırlaşır.

Yenicag.az xəbər verir ki, son 10 gündə Pakistanda davam edən güclü musson yağışları nəticəsində yaranan daşqınlar böyük itkilərə səbəb olub.

Pakistan Milli Fəlakət İdarəsi Agentliyinin (NDMA) yaydığı məlumata görə, təbii fəlakət nəticəsində ən azı 75 nəfər həlak olub, 130 nəfər isə yaralanıb. Ən çox insan tələfatı Hayber Paxtunxva əyalətində qeydə alınıb – burada 28 nəfər həyatını itirib. Pəncabda 22, Sinddə 15, Bəlucistanda 10 və Azad Kəşmirdə 4 nəfər həyatını itirib.

Daşqınlar nəticəsində 192 təsərrüfata ziyan dəyib, 91 heyvan tələf olub. Xilasetmə qrupları tərəfindən 19 əməliyyat zamanı 233 nəfər təhlükəli ərazilərdən xilas edilib. NDMA-nın məlumatına əsasən, ölkədə yağışların intensivliyi artmaqda davam edir və iyulun 10-dək güclü yağış, sel və daşqın təhlükəsinə qarşı xəbərdarlıq elan olunub.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600