Pakistanda partlayış baş verib: 72 nəfər ölüb, 150-dən çox insan yaralanıb

media-hightechnic-468x90

Pakistanın Sehvan-Şərif şəhərində Lal Şahbaz Qələndərin məqbərəsi yaxınlığında partlayış baş verib.

Yeniçağ.Az-ın məlumatına görə, terrorçu-kamikadze insanların axşam namazı qılmaq üçün toplaşdığı məscidə girərək üzərindəki partlayıcı qurğunu işə salıb. Terror aktı nəticəsində azı 72 nəfər ölüb, 150-dən çox insan yaralanıb.

Hadisə nəticəsində xəsarət alanlar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib və ərazi təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Partlayışla bağlı məsuliyyəti üzərinə İŞİD terror qruplaşması götürüb.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600