!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pakistandan Türkiyəyə tarixi jest: “FETÖ-yə qarşı mübarizə sürətlənəcək”

!Reklam – Yazi

“Pakistandakı FETÖ terror qruplaşmasına qarşı mübarizəmiz sürətləndiriləcək”.

Yenicag.az xəbər verir ki, bu barədə Pakistanın paytaxtı İslamabadda rəsmi səfərdə olan Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran bildirib.

İlk olaraq Pakistan ədliyyə naziri Məhəmməd Faruk Nasim ilə görüşdüklərini qeyd edən Kıran “FETÖ məktəblərinin və FETÖ mənsublarının Türkiyəyə geri qaytarılması məsələlərini müzakirə etdik. Qaytarmasını tələb etdiyimiz şəxslərin siyahısını verdik və cənab nazir şəxsən bu işlə məşğul olacağını bildirdi. Uzun müddətdir davam edən məhkəmə proseslərinin sürətləndirilməsini tələb etdik”, – deyə vurğulayıb.

Türkiyəli diplomat eyni zamanda Pakistanın bu günə qədər FETÖ terrorçularına qarşı mübarizədə Türkiyəyə göstərdiyi dəstəkdən də danışıb.

“Rəsmi ziyarətə davam edərək Pakistan Daxili İşlər Nazirliyi müşaviri Azam Süleyman Xanla görüşmək üçün nazirliyə getdik. Bu zaman daxili işlər naziri Şəhriyar Xan Afridi bizə sürpriz edərək toplantımıza qatıldı”, – deyə əlavə edən Kıran Pakistan tərəfinin xoşniyyətliliyindən razılığını ifadə edib.

“Mövcud əlaqələrimizi inkişaf etdirmək üçün FETÖ ilə mübarizəni Pakistanda davam etdirəcəyik. Türkiyə ilə aramızda qeyri-müntəzəm miqrasiya problemi də mövcuddur. Türkiyənin ən çox qeyri-müntəzəm miqrant aldığı ölkələrdən biri Pakistandır. Pakistan bu problemin qaynağını və həllini bilir. Problemin həllində Türkiyə ilə işləməyə maraqlıyıq” – deyə Pakistan DİN rəhbəri bildirib.

Kıran Pakistandakı son toplantısını ölkədə yaşayan türklərlə reallaşdırıb. İslamabad səfirliyində təşkil edilən görüşə Pakistanda çalışan, təhsil alan və yaşayan Türk vətəndaşları qatılıb.

Həşim Səhrablı

www.yenicag.az

3210
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv