!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pakistanlı jurnalist Azərbaycandan danışdı

!Reklam – Yazi

8344d094-5fd0-4b8f-ad1f-06710ee586bcBAMF-ın dəstəyi ilə fəaliyyətə başlayan “Eurasia Diary” (Avrasiya Gündəliyi) beynəlxalq analitik-informasiya portalının baş redaktoru, Pakistanlı jurnalist Malik Əyyub Sumbal Avstraliya Yayım Korporasiyası (ABC) müxbirlər klubuna müsahibəsində ölkədə gedən prosesslər barədə məlumat verib.

ABC müxbirlər klubu dünyanın müxtəlif ölkələrində jurnalistlərlə onların fəaliyyət göstərdikləri regionlarda baş verən prosesslər barədə müzakirələr aparmaq üçün geniş imkanlar açır.
“Azərbaycan Cənubi Qafqaz regionunda yerləşən bir ölkədir. Mən bu ölkədə Avrasiya Media Şəbəkəsinin baş redaktoru kimi fəaliyyətə başlamışam və getdikcə böyüməkdə olan bu media şəbəkəsinin bir nümayəndəsi olaraq çox böyük məsuliyyət daşıyıram.”

Sumbal əlavə edib ki, qarşıdakı bir neçə ay ərzində onu daha da mükəmməlləşdirmək üçün işlər görüləcək.

Jurnalist vurğulayıb ki, hazırda regionda başlıca problem Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır.

“Bu, olduqca həssas bir məsələdir. Belə ki, bu münaqişə nəticəsində Azərbaycan torpaqlarının iyirmi faizi Ermənistan tərəfindən işğal olunmuşdur. İki ölkə arasındakı sərhəddə vəziyyət gərgin olaraq qalır və atışmalar baş verir.”

Sumbalın sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin İsveçrədə baş tutan sonuncu görüşündən sonra vəziyyət normallaşıb və bu görüşün gələcəkdə müsbət nəticələrə gətirib çıxaracağı gözlənilir.
“Həqiqətən də, bu görüşdən sonra hər iki tərəf qarşıdakı bir neçə ay ərzində müsbət dəyişikliklərin baş verəcəyinə ümid bəsləyir.”
Sumbalın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan öz yurd yuvalarından didərgin düşmüş bir milyondan artıq qaçqın problemi ilə üzləşib və onların problemlərinin həll edilməsi hazırda ölkənin qarşısında duran əsas vəzifələrdən biridir.
Jurnalistin sözlərinə görə, Azərbaycan qaçqın problemini həll etməyə çalışır, lakin, bu məsələdə daha çox səy göstərilməsinə ehtiyac vardır.

www.yenicag.az

619
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv