Pan Gi Munun Bakı səfəri təxirə düşdü

media-hightechnic-468x90

Pan-Gi-MunBMT Baş katibi Pan Gi Munun Cənubi Qafqaza səfəri təxirə salınıb.

“Qafqazinfo” Ermənistan KİV-ə istinadən xəbər verir ki, buna səbəb Suriya və Yəməndə situasiyanın pisləşməsi və baş katibin həmin danışıqlarda şəxsən iştirak etməli olması göstərilir. Aprelin sonuna planlaşdırılan səfərdə baş katibin əvvəlcə İrəvana gedəcəyi, daha sonra Tbilisi və Bakıya səfər edəcəyi bildirilirdi.

Xatırladaq ki, BMT baş katibinin Sivilizasiyalar Alyansının aprelin 25-27-də Bakıda təşkil olunacaq 7-ci Qlobal Forumunda iştirakı planlaşdırılırdı.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa