Panama hökuməti Trampdan BMT-ə şikayət etdi

media-hightechnic-468x90

Panama rəhbərliyi BMT-nin baş katibi Antonio Quterreşə ABŞ prezidenti Donald Trampın qalmaqallı bəyanatları barədə şikayət ərizəsi göndərib.

Yenicag.az-ın Panamanın XİN saytına istinadən verdiyi məlumata görə, BMT baş katibinə ünvanlanmış ərizədə əsas kimi Donald Trampın andiçmə mərasimindəki nitqində Panama ilə bağlı səsləndirdiyi fikirlər olub.

Məlumata görə, Ağ Ev rəhbəri bir neçə gün əvvəl Panama kanalının ABŞ tərəfindən nəzarətə götürülməsi niyyətini ifadə edib.

Panamanın BMT-dəki səifir Eloy Alfaro de Alba ərizədə BMT Nizamnaməsini xatırladıb və bildirib ki, hər hansı dövlət başqa dövlətlə olan münasibətlərdə onun ərazi bütövlüyü və siyasi suverenliyinə qarşı güc təhdidindən və ya onu tətbiq etməkdən çəkinməlidir./trend

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600