“Panatinaikos” – “Qəbələ” matçının vaxtı açıqlandı

Ölkəmizi Avropa Liqasında təmsil edən “Qəbələ” III təsnifat mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq.

Yenicag.az xəbər verir ki, tərəflər arasında ilk matç Afinada baş tutacaq. İyulun 27-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:30-da start götürüəcək.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 3-də baş tutacaq.

Yenicag.az