Papa ÖLDÜ – ABŞ və Avropa Katolik Kilsəsinə necə TƏSİR EDƏCƏK?

media-hightechnic-468x90

“Yeni Papa seçimi Sikstin Kapellasında keçirilən konklav vasitəsilə həyata keçirilir”.

Bu sözləri Yenicag.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Deputat dünən səhər saatlarında vəfat edən Roma Papasının yerinə təyin ediləcək şəxsin seçimi haqqında danışıb:

“Roma Papasının vəfatı və yeni Papa seçimi prosesi həmişə qlobal diqqət mərkəzində olur. Bu, yalnız dini deyil, həm də siyasi və geosiyasi təsirlərə malikdir. Vatikanın özündə belə Papa seçimi zamanı müxtəlif maraqların toqquşduğu bir proses müşahidə edilir”.

O, xatırladıb ki, yeni Papa seçimi Sikstin Kapellasında keçirilən konklav vasitəsilə həyata keçirilir:

“Burada 80 yaşdan aşağı olan kardinallar iştirak edir və 2/3 səs çoxluğu ilə yeni Papa seçilir. Papa seçimi zamanı qlobal güclərin təsiri müzakirə mövzusu olur. Xüsusilə, ABŞ və Avropa ölkələrinin Katolik Kilsəsinin gələcək siyasətinə təsir etmək istədiyi iddiaları var. Bu isə Qərb dünyasının birliyinə və xristian aləminə təsir edə bilər. Yeni Papa seçimi Vatikanın qlobal məsələlərdəki mövqeyini müəyyənləşdirəcək. Bu, yalnız dini deyil, həm də sosial və siyasi məsələlərdə Katolik Kilsəsinin rolunu gücləndirə bilər”.

N. Həmzəyev əmindir ki, ABŞ-dəki bəzi dairələr prezident Donald Trampın Papa seçimi ilə bağlı təsir göstərmək istədiyini iddia edir:

“Avropada cərəyan edən siyasi proseslərin Vatikandan da yan keçməyəcəyi iddiaları var. Vatikanın bu prosesdə obyektivliyi qorumaq üçün ciddi protokolları mövcuddur. Lakin yeni dünya nizamının formalaşdığı bir dövrdə Papa seçiminin qlobal güclərin maraqlarına təsir etməsi qaçılmaz görünür”.

Millət vəkili həmçinin Azərbaycan-Vatikan münasibətlərindən də danışaraq Müqəddəs Taxt-Tacla Azərbaycan arasında mədəni və diplomatik əlaqələrin mövcudluğunu qeyd edib:

“Azərbaycan və Vatikan arasında münasibətlər uzun illərdir müsbət və konstruktiv şəkildə inkişaf edir. Azərbaycan dini tolerantlıq və multikulturalizm prinsiplərinə əsaslanaraq, Vatikanla mədəni və diplomatik əlaqələrini gücləndirib. Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın Roma katakombalarının bərpasına verdiyi töhfə, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş layihələr Vatikan tərəfindən yüksək qiymətləndirilib”.

Sonda o, yeni Papa seçiminin Vatikan-Azərbaycan əlaqələrinə təsirindən da söz açıb:

“Yeni Papa seçimi Bakı-Vatikan münasibətlərinə ciddi təsir etməyəcək kimi görünür. Tarix göstərir ki, Vatikanın siyasəti ümumilikdə sabit qalır və yeni Papa seçildikdə də əsas prinsiplər qorunur. Bununla belə, yeni Papa Katolik Kilsəsinin qlobal siyasətində müəyyən dəyişikliklər edə bilər ki, bu da Azərbaycanla əlaqələrə dolayısı ilə təsir edə bilsə də, ciddi dəyişikliklər ehtimalı çox aşağıdır. Azərbaycanın Vatikanla münasibətləri, əsasən, mədəni və dini dialoq üzərində qurulub və bu əlaqələrin gələcəkdə də davam edəcəyi gözlənilir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600