Papa “şok xəbərlər”i böyük günah elan etdi

media-hightechnic-468x90

Roma Papası Fransisk saxta xəbərlər yaymağın çox ciddi bir günah olduğunu söyləyərək, müasir jurnalistləri tənqid edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, o, ötən həftənin sonunda “saxta xəbərlər” yayan jurnalistlərə ünvanladığı mesajda “çox ciddi bir günah işləyirsiniz” deyib.

Papa, xəbərləri sensasiyalaşdıran, köhnə hadisələri skandala çevirərək yenidən gündəmə gətirən jurnalistləri həm də öz həmkarlarına hörmətsizlikdə ittiham edib: “Siz bununla həm də həmkarlarınızın qəlbini qırır, böyük günah sahibi olursunuz”.

Papa jurnalistləri xəbər hazırlayarkən diqqətlə seçilmiş kəlmələrdən istifadə etməyə çağırıb, fikirlərini aydın tərzdə çatdırmağı məsləhət görüb: “Beləcə xalq da yazdığınızı anlaya bilər”.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05