Roma Papası ABŞ-nin vitse-prezidenti ilə GÖRÜŞDÜ
Vatikanın rəhbəri Papa XIV Leo ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə görüş keçirib.
Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Vatikanın rəsmi məlumatına istinadla xəbər yayıb.
Görüş Papa XIV Leonun mayın 18-də keçirilmiş rəsmi intronizasiya mərasimindən bir gün sonraya təsadüf edib. Qeyd olunur ki, Papa ilə Vens arasında əvvəlcə qapalı görüş baş tutub, daha sonra ABŞ dövlət katibi Marko Rubio da onlara qoşulub.
Sonradan Vens Vatikan Dövlət Katibliyinin nümayəndələri ilə də danışıqlar aparıb. Rəsmi açıqlamada bu görüşlər “dostluq şəraitində keçən müzakirələr” kimi xarakterizə olunub.
“Tərəflər beynəlxalq aktual məsələlərlə bağlı fikir mübadiləsi aparıb, münaqişə zonalarında humanitar və beynəlxalq hüquqa hörmət göstərilməsinə, iştirakçı tərəflər arasında sülh yolu ilə nizamlanmaya çağırıblar”, – deyə Vatikanın açıqlamasında qeyd olunub.