Papa XVI Benediktin dəfn mərasiminin vaxtı açıqlandı

media-hightechnic-468x90

“96 yaşında vəfat edən Fəxri Roma Papası XVI Benediktin dəfn mərasimi yanvarın 5-də keçiriləcək”.

Yenicag.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-tacın Mətbuat Xidmətinin rəhbəri Matteo Bruni məlumat verib.

Bruninin sözlərinə görə, mərasim səhər saat 9:30-da Müqəddəs Pyotr meydanında başlayacaq və mərasimə Roma Papası Fransisk rəhbərlik edəcək.

Xatırladaq ki, Fəxri Roma Papası XVI Benedikt bu gün səhər saat 9:34-də Vatikanın Mater Ekklesia monastırında vəfat edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa