Papadan gözlənilməz etiraf
Roma Papası Fransisk 25 ildir televizora baxmır.
Yenicag.az azvision.az-a istinadən xəbər verir ki, Papa bunu Müqəddəs Məryəmə söz verməsi ilə izah edib.
Vətəni Argentinada müsahibə verən Papa bildirib ki, azarkeşlik etdiyi futbol komandası “San Lorenzon”un oyunlarını izləmək üçün belə “televizor andı”nı pozmur.
Sonuncu dəfə 1910-cı ildə televizora baxdığını deyən Papa təkcə qəzet oxuduğunu bildirib. Papa solçu “La Repubblica” qəzetinin daimi oxucusudur.
Jurnalistlərlə söhbətində Papa olmağın çətinliklərindən söz açan Fransisk yuxu rejiminin pozulduğunu qeyd edib.
Belə ki, o, axşam saat 9-da yataq otağına gedir, bir saat kitab oxuduqdan sonra yatır.
Səhər saat 4-də oyanan Papa günorta saatlarında 40 dəqiqə – 1 saat arası yataraq yuxu əksikliyini bərpa edir.