Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal görüşünə çıxıb.
Yenicag.az xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı qırğızıstanlı Amantur İsmayılovla qarşılaşıb.
Rəqibini 8:0 hesabı ilə məğlub edən H.Cəfərov Olimpiadada 3-cü yeri tutub.
Bu, Azərbaycan güləşçilərinin “Paris-2024” Yay Olimpiya Oyunlarında qazandığı ilk medal olub.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində beş medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) gümüş medala sahib çıxıb. Boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
www.yenicag.az