“Səudiyyə Ərəbistanı daha detallı və tutarlı faktları ictimayyətə təqdim etməlidir”.
Yenicag.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Donald Tramp jurnalist Camal Qaşıqçının öldürülməsi ilə əlaqədar verdiyi bəyanatda bildiriblər.
Məlumatda, iki liderin Qaşıqçı cinayətinin Orta Şərqdə sabitliyinin pozulmasına və Yəmən probleminin həllini baltalayacaq yeni problemlər yaratmasına icazə verilməməsi mövzusunda da fikir birliyində olduğu bildirilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da dünən Fransaya yola düşməzdən öncə Qaşıqçı cinayəti ilə bağlı sualı, “Camal Qaşıqçı cinayəti ilə əlaqədar an etibarilə əlimizdə hər hansı bir konkret fakt yoxdur. Amma bir çox məlumatlar var. Məlumat nədir? Bunu həmişə demişəm, Türkiyəyə gələn 15 səudiyyəli səlahiyyətli, hansı ki qətli onlar reallaşdırması daha inandırıcı görünür və daha sonra cinayət məsuliyyətinə cəlb edilən 3 şəxs ilə birlikdə 18 məhbus. Bu 18 cinayətkar cəsədin hara aparıldığını bilirlər. Həmçinin, Səudiyyə Ərəbistanı xarici işlər naziri əvvəl “cinayəti yerli səlahiyyətlilərlə reallaşdırdıq” şəklində etiraf etmişdi. İndi isə yenidən inkar edirlər” – deyə qeyd edib.
Bütün səsyazmaların Səudiyyə Ərəbistanı, ABŞ, Almaniya, Fransa və İngiltərə rəsmilərinə dinlədildiyini vurğulayan Ərdoğan, “Bu səsyazmalara əsasən qətiyyətlə demək olar ki, qətl sırasında konsulluqda olan 15 nəfərin ya hamısı, ya da bir neçəsi ya birbaşa qatildir, ya da qatilin kim olduğunu bilirlər. Səudiyyə Ərəbistanı rəhbərliyi istəkli olacağı təqdirdə bu şəxsləri düzgün dindirərək sübutları aşkar etməyi bacaracaq” – deyə sözlərini bitirib.
Həşim Səhrablı
www.yenicag.az