Parlament büdcənin icrasını I oxunuşda müzakirə edir

media-hightechnic-468x90
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb.
Yenicag.az xəbər verir ki, iclasda “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi I oxunuşda müzakirə edilir.
Ötən il büdcənin gəlirləri 37 milyard 161,8 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,5 %, proqnozdan isə 2,1 % çoxdur. Büdcənin xərcləri isə 37 milyard 713,6 milyon manat olub ki, bu da illik müqayisədə 3,4 % çox, proqnozdan isə 5,1 % azdır.
İl ərzində büdcənin kəsiri 551,8 milyon manat və yaxud ÜDM-in 0,4 %-ni təşkil edib./report

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa