Parlament seçkiləri - Yekun protokol Konstitusiya Məhkəməsinə göndərildi

media-hightechnic-468x90

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da Milli Məclisə keçirilən seçkilərə yekun vurub və seçkilərin ümumi yekunlarına dair protokolu tərtib edib.

media-banner_tkm

Yenicag.az-ın məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokolarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtib edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra fasilə verilərək protokol tərtib edilib. Protokol tərtib edildikdən sonra MSK üzvləri tərəfindən imzalanıb.

Daha sonra seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi üçün əlavə edilmiş sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edilib.

Seçkilərdə dairələr üzrə lider namizədlərin siyahısı ilə bu linkdə tanış ola bilərsiniz: https://www.infocenter.gov.az/archive/millimeclis2020.aspx?i=1

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05