Parlamentin bu ilki iclasları gərgin keçəcək

media-hightechnic-468x90

1412061324_1-5Fərəc Quliyev: “Qarabağ məsələsinin həlli istiqamətində çərçivə sazişi imzalanmalıdır”

Fazil Mustafa: “Elm haqqında qanunun qəbulu daha ciddi əhəmiyyət daşıyır”

Musa Quliyev: “Siqaret çəkmənin məhdudlaşdırılması haqqında” qanun layihəsi”

Yenicag.az-a açıqlamasında millət vəkili Fərəc Quliyev cari ildə parlamentdə ən önəmli məsələ olaraq, Qarabağ məsələsilə bağlı iqtidarla müxalifət arasında dinləmələrin olmasını məqbul saydı: “Bu il qəbul olunması nəzərdə tutulan layihələr əslində təqdim olunub. Amma başqa təkliflər də ola bilər. İstərdim ki, Dağlıq Qarabağ məsələsilə bağlı Milli Məclisdə dinləmələr olsun və burada bütün güc nazirlikləri iştirak etsin.

Məqsəd isə ondan ibarətdir ki, Müdafiə Nazirliyi, həm də Xarici İşlər Nazirliyinin mövqeyini bilək. Ölkədə iqtidarla müxalifət arasında dialoq başlayıb. Ortaq bir memorandum hazırlanmalı və Qarabağ məsələsinin həlli istiqamətində çərçivə sazişi imzalanmalıdır. O da Dağlıq Qarabağ məsələsinin həllini nədə görməyimizlə bağlı olmalıdır. Sevindirici haldır ki, Dağlıq Qarabağ məsələsinin həlli yolunda iqtidarla müxalifət arasında fərqlilik görünmür. Ana prinsip olaraq həll yolunu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görürük. Elə bir memarandum hazırlaya bilərik ki, həm müxalifət iqtidarın məsələni fərqli şəkildə həll etməyəcəyinə, həm də iqdidar müxalifətin bundan sui-istifadə etməyəcəyinə əmin olsun. Həm də xaricdən basqılar olanda iqtidar deyə bilsin ki, qərarı bir tək olaraq verməyib. Müxalifətlə də danışmaq lazımdır. Bu yeni ildə danışıqlarda ölkəmizə hər hansı basqılar olarsa, vəziyyətdən çıxmalıyıq. Azərbaycan daha gözləyə bilməz, bu məsələni savaş yolu ilə olsa da həll etməliyik. İkinci bir tərəfdən, istərdim ki, Azərbaycan büdcəsi neftin hesabına formalaşmaqdan daha çox, qeyri-neft sektoru hesabına formalaşan büdcəyə çevrilməlidir. Bu yolla da normal şəkildə iqtisadiyyatın diversifikasiyasına nail olaq. Çünki, siyasi təzahürlərlə neftin qiymətinin düşməsilə bağlı Azərbaycan anormal vəziyyətlə üzləşməsin. Rusiyadan qayıdan soydaşlarımızla bağlı olaraq da qanun layihəsi qəbul olunmalıdır ki, onlar Azərbaycan iqtisadiyyatına inteqrasiya olunsunlar. Bu istiqamətdə müzakirələrin olmasını arzulayıram. Gürcüstanlı soydaşlarımızın ölkəmizə gəlib-getməsilə də əlaqədar olaraq miqrasiya qanununda qanunun qəbulu lazımdır ki, ikili vətəndaşlıq olmasa da, hər hansı statusla onlar əcnəbilərdən fərqlənsinlər. Arzulayıram ki, müəllim və həkimlərin əmək haqlarının artırılması istiqamətində də yenilik etmək imkanlarımız olsun. Minimum əmək haqqına da düzəlişlər olmalıdır. Bu sadaladığım məsələlər içərisində Qarabağ məsələsi üzrə dinləmələrin keçirilməsini daha önəmli sayıram”.

Millət vəkili Fazil Mustafa düşünür ki, indi ayrıca qanun qəbulundan daha çox, bəzi qanunlara əlavə və düzəlişlərin edilməsi əhəmiyyət kəsb edir: “Elm haqqında qanunun qəbulu daha ciddi əhəmiyyət daşıyır. Hərbi quruculuqla bağlı dəyişikliklərin olması nəzərdə tutulur. İstərdim ki, Rəqabət Məcəlləsi də nəhayət işıq üzü görsün. Habelə bələdiyyələrin səlahiyyətinin artırılması istiqamətində dəyişiklik olmalıdır. Amma olmaya da bilər”.

Millət vəkili Musa Quliyev də qəbulunu vacib bildiyi bir sıra qanun layihələrini sadaladı: “Siqaret çəkmənin məhdudlaşdırılması haqqında” qanun layihəsini yəqin ki, parlamentə təqdim edəcəyik. İş planımızda bu var. Həmçinin, “İdmanda zorakılığın qarşısının alınması” ilə bağlı da qanun layihəmiz var. Onu ola bilsin ya “İdman haqqında” qanuna əlavə olaraq, ya da ayrıca qanun olaraq qəbul edə bilərik. Milli Məclisdə bir məsələni də qaldırmışdım, yəqin ki, o da gündəlikdə olmalıdır. Bu da “Psixoloji yardım haqqında” qanunla bağlıdır. Bu ciddi məsələdir. İnsan psixologiyası sürətlənən həyat tempinə uyğunlaşa bilmir. Hər bir kəsin psixoıoji yardıma ehtiyacı var. Bu xidmət ölkəmizdə özəl səviyyədə qurulsa da, dövlət səviyyəsində qurulmayıb. “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəmiz də düyünə düşüb. Onu da müəyyən qurumlarla razılaşdırıb, qəbul etmək gərəkdir. Sonsuzluğun aradan qaldırılması üçün bu qanunun qəbulu lazımdır”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600