Partiyalar maliyyə hesabatı verib

media-hightechnic-468x90

klolooiolMaliyyə Nazirliyinin maliyyə hesabatı ilə bağlı partiyalara göndərdiyi xəbərdarlıq, onlara verilən vaxt başa çatıb. 

Maliyyə hesabatının nəticələri ilə bağlı açıqlama verən qurumun mətbuat katibi Mais Piriyev vurğulayıb ki, qeyd olunan müddətdə 1464 yerli qeyri hökumət təşkilatı, 44 xarici qeyri-hökumət təşkilatının filial və nümayəndəlikləri və 44 siyasi partiya mühasibat uçotu subyekti kimi 2013-cü il üzrə maliyyə fəaliyyətinə dair müvafiq hesabatı Maliyyə Nazirliyinə təqdim edib: “Hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları maliyyə hesabatlarını təqdim etməkdən azad edilmir və həmin təşkilatlar boş hesabat formalarını müşayiət məktubu ilə birlikdə təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsinə əsasən, mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə görə, inzibati məsuliyyət müəyyən edilib. Belə ki, müəyyən olunmuş vaxt ərzində sözügedən hesabatı təqdim etməyən vəzifəli şəxslər 300 manatdan 400 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək miqdarda cərimə edilirlər”. 

Qeyd edək ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə və “Siyasi partiyalar haqqında” Azərbaycan qanununun 21.2-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatları və siyasi partiyalar üzrə illik maliyyə hesabatları aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edilməlidir. İllik maliyyə hesabatı müəyyən edilmiş müddətdə təqdim edilmədikdə, Maliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verib(aznews.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600