Partlayış nəticəsində 26 nəfər öldü
İraqın paytaxtı Bağdadda ötən gün törədilmiş silsilə partlayışlar nəticəsində ümumilikdə 26 nəfər ölüb, azı 65 nəfər də yaralanıb.
Avtomobil partlayışlarından biri paytaxtın Sədr-Siti rayonundakı bazarda, insanların çox olduğu vaxt törədilib. Daha neçə terror aktının isə şiələrin məskunlaşdığı Ur rayonunda və qonşu rayonlarda törədildiyi bildirilir. Yaşayış evlərinə və mağazalara ziyan dəyib.
Silsilə partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.