Partlayışa görə fövqəladə vəziyyət elan edildi, məktəblər bağlandı

media-hightechnic-468x90

Rəcai limanında baş verən partlayışlardan sonra İranın Bəndər Abbas liman şəhərində fövqəladə vəziyyət elan edilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bəyanat yayıb.

Nazirlik Bəndər Abbas şəhərində havanın çirklənməsinin əhəmiyyətli dərəcədə artması və ammonyak, kükürd dioksid və azot dioksidi kimi çirkləndiricilərin buraxılması ehtimalını əsas gətirərək fövqəladə vəziyyət elan edib.

Bununla bağlı Hörmüzqan Tibb Elmləri Universitetinə insanların evdə qalmaları, açıq havada olmamaları və açıq havada fiziki fəaliyyətdən çəkinmələri barədə geniş məlumat verməsi barədə tapşırıq verilib.

Nazirlik vətəndaşlara, xüsusilə həssas qruplara evdən çıxarkən maska ​​taxmağı tövsiyə edib.

Bəndər Abbas valiliyi də bütün təhsil müəssisələrinin sabahdan bağlanılacağını açıqlayıb. Bu barədə Hörmüzqan Əyalət İdarə Şurası qərar qəbul edib./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05