Paşinyan Avropada nə axtarır? – 2.6 milyard avroluq DƏSTƏK

media-hightechnic-468x90

“Paşinyanın Brüssel səfəri öz hakimiyyətini möhkəmləndirmək üçün idi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

media-495338411_24288626034062569_3180146538858911953_n

Analitik Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel səfərini şərh edib.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüssel Parisə səfəri səbəbsiz deyil, nə də bu səfərləri təsadüfi adlandırmaq olmaz:

“Bunu planlaşdırılan səfər olaraq da görməyək. Çünki bu səfər tamam başqa məqsəd daşıyır. Əvvəlki dövrdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni razılaşdırıldıqdan sonra Paşinyan Moskva və Tehranla təmaslar quraraq hesabat vermişdi. Bu gün isə Ermənistan öz geopolitik vektorunu dəyişir, avrointeqrasiya yolunu tutub. İrəvan Avropa İttifaqının üzvü olmaq üçün öz qanunvericiliyini dəyişir, yeni qanun qəbul olunur və Ermənistan konstitusiyasında da Aİ üzvlüyü məsələsini daxil etmək ehtimalları güclüdür. Belə olan halda, Azərbaycan Prezidenti ilə görüşdən sonra Ermənistanın Baş naziri Aİ funksionerlərinə, eləcə də Yelisey sarayının rəhbərinə hesabat verir”.

İ. Hüseynov qeyd edib ki, Brüssel Ermənistana 2.6 milyard dollar ayırıb ki, onun da 1.5 milyardını Paşinyanın nüfuzu üçün xərclənəcək:

“Bu görüşlərdən sonra yayılan hesabatda qeyd olunur ki, Ermənistanın islahatlarına, demokratiləşməsinə 2.6 milyard avro vəsait ayrılacaq. Bu vəsaitin əhəmiyyətli hissəsi qarşıdan gələn parlament seçkilərində Paşinyanın nüfuzunun gücləndirilməsinə sərf ediləcək. Diqqətçəkən məqam ondan ibarətdir ki, 1.5 avro yalnız media seqmentində Ermənistana dəstək göstəriləcək. Ümumilikdə belə görünür ki, Paşinyan öz kuratorlarına hesabat vermək üçün bu səfərləri icra edir və çalışır ki, Avropa yolundan geri dönməsin və daha çox öz gələcəyini Avropa ilə qursun”.

Nurlan Cəfəri

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600