“Vəzifələrə irəli sürülən adamlar ya inqilabda iştirak ediblər, ya da dövlət idarəetmə sistemində olublar”.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Telegram” səhifəsində yazıb.
“Noyabr ayı ərzində yüksək vəzifələrə təyin olunan və ya belə vəzifələrə irəli sürülən şəxslər iki qrupu təmsil edir: onlar ya seçki süzgəcindən keçən, xalqın etimadını qazanan və bu etimadı real şəkildə reallaşdıran, yaxud da 2018-ci ildə olan məxməri inqilabi komandanın üzvləridir. Xalq Qeyri-Zorakı Məxməri İnqilabı zamanı onlar artıq dövlət idarəçiliyi sisteminə cəlb olunmuşdular, inqilabdan sonra öz potensiallarını reallaşdırmaq üçün daha geniş imkanlar əldə etdilər, bu fürsəti səmərəli şəkildə həyata keçirdilər, ideologiyaya qarşı lazımi konsensus nümayiş etdirdilər”, – deyə paşinyan qeyd edib.
www.yenicag.az