Paşinyan Əliyevin andiçmə mərasiminə gələ bilər? - Sensasion iddiaya CAVAB

media-hightechnic-468x90

Ermənistan sosial şəbəkə və bəzi media orqanlarında Baş nazir Nikol Paşinyanın Prezident İlham Əliyevin andiçmə mərasimində iştirak edəcəyi ilə bağlı yayılan xəbərlər əsaslandırılmış deyil.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

O bildirib ki, bu addım indiki halda Paşinyan hakimiyyətinə zərər verə, Ermənistan daxilində suallar yarada bilər:

“Hətta Paşinyan qatılmaq istəsə belə, Azərbaycan tərəfinin buna razılıq verəcəyinə inanmıram”.

Politoloq Elman Vəliyevin sözlərinə görə isə Paşinyan belə bir addım atmağa risk etməz:

“Paşinyanın İlham Əliyevin andiçmə mərasiminə qatılacağı ilə bağlı fikirlərin absurd olduğunu deyə bilərəm. Sülh bağlanmamış Paşinyan Bakıya necə gələ bilər? Paşinyan bu riski etməz”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05