!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan hakimiyyətini necə devirmək olar? - Siyasi şərhçi açıqladı

!Reklam – Yazi

“Prezident İlham Əliyev faşist Nijdenin heykəlinin sökülməsi üçün axırıncı həlledici gedişi də edəcək”.

Yenicag.az xəbər verir ki, bunu siyasi şərhçi Aydın Quliyev Paşiyanın siyasi fəaliyyətinin mövcud reallığına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Paşinyanın məntiqsiz davranışları Ermənistanın daxilində ona olan inamı zəiflədib:

“Paşinyan Azərbaycanın Qarabağ torpaqlarında 5 avqust mitinqində lovğa-lovğa dediyi “Miatsum” və “Qarabağ Ermənistandır” şüarları ilə ölkəsinin ultra-millətçi, daşnak təfəkkürlü və kütlə isteriyasına qapılmış kəsiminin gözündə öz populyarlığını azacıq bərpa edə bilmişdi. Lakin Azərbaycan prezidentinin əvvəlcə Valday klubunda, sonra isə Aşqabadda çıxışlarının təsiri ilə erməni baş nazirin öz cəmiyyətində populyarlığı əvvəlkindən də aşağı səviyyələrə düşdü. Bütün Ermənistan fərqindədir ki, onun baş naziri yalan və saxtakarlıq üstündə qurulsa da, ölkəsinin dövlət və ictimai maraqlarını diplomatik polemika müstəvisində qətiyyən qoruya bilməyən arqumentsiz və məntiqsiz biridir, etibarlı polemist deyil”.

A. Quliyev təklif edib ki, Paşinyanın hakimiyyətinin bir heykəl qalmaqalı ilə səhnəni tərk etməsi real görünür. Buna görə də Azərbaycan tərəfi faşist Nijdenin heykəlinin sökdürülməsinə səy göstərməlidir:

“MDB dövlətlərinin Bakıdakı missiyaları ilə ən müxtəlif səviyyələrdə-diplomatik, siyasi, vətəndaş cəmiyyətləri və diasporlar səviyyəsində sistemli iş qurmaq, erməni hökumətinə təzyiqlər etdirmək, ona göz açmasına imkan verməmək və sonda heykəlin sökülməsinə nail olmaq lazımdır. Böyük ehtimalla bir nəticə olacaq. Əgər heykəlin sökülmə qərarı verilsə, Ermənistanın Paşinyançı,
Sarkisyançı, millətçi, daşnakçı, ümumən bütün təbəqələri öz arqumentləri ilə dərhal fəallaşacaqlar. Nəticədə Paşinyan Ermənistanın tarixinə Azərbaycan prezidentinin diplomatik-siyasi kombinasiyalarının təsiri ilə öz xalqı tərəfindən devrilmiş ikinci dövlət rəhbəri kimi düşə bilər”.

Gülşən Şərif

COP29

www.yenicag.az

1887
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv