Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında İrəvanın Avropa İttifaqı ilə münasibətlər kontekstində atdığı son addımlarla bağlı vəziyyəti izah edib və Rusiya lideri buna öz şərhini verib: “Nikol Paşinyan İrəvanın son addımları ilə bağlı vəziyyəti Avropa İttifaqı ilə münasibətlər kontekstində izah edib, Rusiya Federasiyasının rəhbəri müvafiq şərhlər və məsələyə qiymət verib”.
Bundan əlavə, siyasəçilər Avrasiya İqtisadi Şurasının 2024-cü ilin dekabrında keçirilmiş sessiyasından sonra ilk növbədə enerji sektorunda inteqrasiya əməkdaşlığının dərinləşdirilməsinin aktual məsələlərini müzakirə ediblər./unikal
www.yenicag.az