Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir

media-hightechnic-468x90

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı tərk etmiş ermənilərin geri qayıtmasını real hesab etmir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə hökumət başçısı britaniyalı jurnalistlərə müsahibəsində deyib.

“İndiki vəziyyətdə Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmirəm”, – Ermənistan lideri vurğulayıb.

Eyni zamanda, Paşinyan ölkəsinin Qarabağda müharibə aparmaq niyyəti olmadığını diqqətə çatdırıb:

“Ermənistanın 29 743 kvadrat kilometr ərazisindən kənarda suverenliyi yoxdur və Qarabağ uğrunda müharibə aparmaq niyyətində deyil”./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05